Yuxarı

​Almaniyada ispan turistlərə hücum edən 6 rusiyalı fanat saxlanılıb

​Almaniyada ispan turistlərə hücum edən 6 rusiyalı fanat saxlanılıb
Onların üzərində Rusiya-İngiltərə matçına bilet olub

Bakı. 16 iyun. REPORT.AZ/ Yeddi rusiyalı futbol fanatı Almaniyanın Köln şəhərində ispan turistlərlə dalaşıb, onlardan altısı saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə TASS-a polis nümayəndəsi məlumat verib.

"Təqribən 20:00-da Köln kilsəsi qarşısında onlar tərəfindən üç ispana hücum olub. Altısı saxlanılıb, biri qaçıb. Onların üzərində Rusiya-İngiltərə matçına bilet olub, matçda iştirak edib-etmədiklərini bilmirik. Onların Fransadan deportasiya olunub-olunmadıqları da bizə məlum deyil", - deyə agentliyin həmsöhbəti bildirib.

O qeyd edib ki, bütün saxlanılanların üzərində Moskva təyyarəsinə bilet olub.

Faktla bağlı Rusiya konsulluğu hələ ki, şərh verməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi