Yuxarı

​Almaniyada “Herta” klubunun avtobusu atəşə tutulub

Cinayətkar əvvəlcə sürücünü hədələyib

Bakı. 10 Avqust. REPORT.AZ/ Almaniyada naməlum motosiklet sürücüsü Berlinin “Herta” futbol klubunun avtobusunu atəşə tutub.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, nəqliyyat vasitəsi oyunçu və məşqçiləri bu gün yerli “Arminiya” klubu ilə keçiriləcək Kubok oyununa aparmaq üçün Bilefeld şəhərindəki dəmir yolu vağzalı istiqamətində hərəkət edirmiş.

Məlumata görə, cinayətkar sürücünü əvvəlcə yumruqla hədələyib, daha sonra isə ona tərəf atəş açıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi