​Almaniya yığmasının kapitanı: "Hədəfimiz çempion olmaqdır" - MÜSAHİBƏ

​Almaniya yığmasının kapitanı: "Hədəfimiz çempion olmaqdır" - MÜSAHİBƏ Qitə birinciliyi turnirini yüksək səviyyədə keçirmək istəyirik
Futbol
1 May , 2016 22:57
​Almaniya yığmasının kapitanı: Hədəfimiz çempion olmaqdır - MÜSAHİBƏ

Bakı. 1 may. REPORT.AZ/ Almaniyanın U-17 millisinin kapitanı Atakan Akkaynakın "Report"a müsahibəsi

- Azərbaycan haqda hansı məlumatlara maliksiniz?
- Bilirəm ki, Azərbaycan olduqca gözəl ölkədir. Burada olduğumu üçün çox şadıq.

- Qitə birinciliyindən nə gözləyirsiz?
- Turniri yüksək səviyyədə keçirmək istəyirik. Bütün gücümüzü meydanda qoymalıyıq. Komandamız bu turnirdə özünü peşəkar səviyyədə göstərməlidir.

- Almaniya millisinin turnirdəki hədəfi nədən ibarətdir?
- Hədəfimiz çempion olmaqdır. Məqsədimizə çatmaq üçün hər matçda bütün gücümüzü meydanda qoyacağıq.

- Almaniya son 6 ildə 3 dəfə Avropa çempionatında final oynasa da, heç birində qalib olmayıb. Uğursuz seriyaya Bakıda son qoymaq mümkün olacaq?
- Həqiqətən də elədir. 3 dəfə Almaniya finala yüksəlsə də, heç birində qalib ola bilməyib. Amma bu uğursuzluğa son qoymaq zamanıdır. Bunun üçün bütün tam gücümüzlə çalışmalıyıq.

- Çempionatın favoriti qismində hansı komandaları görürsən?
- Avropa çempionatında çıxış edəcək hər bir komanda gücülüdür. Ona görə də konkret hansısa komandanı fərqləndirmək çətindir.

Son xəbərlər

Orphus sistemi