Yuxarı
    Bağlamaq

    Almaniya yığmasının hücumçusu: "Azərbaycanla oyun bizim üçün çox vacibdir"

    Tomas Müller: Yoldaşlıq görüşü emosional nöqteyi-nəzərdən əhəmiyyətlidir

    Bakı. 21 mart. REPORT.AZ/ "Həm İngiltərə ilə yoldaşlıq görüşü, həm də Azərbaycan millisi ilə rəsmi matç bizim üçün çox vacibdir".

    "Report"un məlumatına görə, bunu Almaniya milli komandasının və "Bavariya" klubunun futbolçusu Tomas Müller "dfb.de"-yə müsahibəsində deyib.

    İyirmi səkkiz yaşlı hücumçu bildirib ki, yoldaşlıq görüşü emosional nöqteyi-nəzərdən əhəmiyyətlidir. Çünki İngiltərə ilə qarşılaşmada hazırda Türkiyə "Qalatasaray"ında çıxış edən Lukas Podolskinin Bundestimlə vidalaşacaq: "Biz evdə oynayacağıq və bu görüş Podolski üçün xüsusi önəm kəsb edəcək. Biz də bunu qeyd edəcəyik. Bazar günü isə rəqabət xarakterli oyuna çıxacağıq. Beləliklə, hər iki görüş çox önəmlidir. Hətta bunlardan birincisi yoxlama xarakteri daşısa belə".

    Qeyd edək ki, Bundesliqadakı ötən tur matçında "Bavariya" Mönhenqladbaxda "Borussiya"nı 1:0 hesabı ilə məğlub edib. Yeganə qolu məhz Müller vurub. Təcrübəli forvard həm yığma, həm də klubunun düşərgəsinə sevinc hissləri ilə yollanmaq istədiyini bildirib: "Ona görə də ola bilsin, Bundesliqadakı hazırkı fasilə kifayət qədər yaxşı vaxtda seçilib".

    Qeyd edək ki, Almaniya millisi İngiltərə ilə martın 22-də Dortmundda, Azərbaycanla yığması ilə martın 26-da Bakıda üz-üzə gələcək.   

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi