Almaniya yığmasının Azərbaycan millisi ilə oyun üçün Bakıya gətirəcəyi heyət müəyyənləşib

Almaniya yığmasının Azərbaycan millisi ilə oyun üçün Bakıya gətirəcəyi heyət müəyyənləşib Yoahim Löv yeni futbolçulara dəvət göndərib
Futbol
17 Mart , 2017 14:54
Almaniya yığmasının Azərbaycan millisi ilə oyun üçün Bakıya gətirəcəyi heyət müəyyənləşib

Bakı. 17 mart. REPORT.AZ/ Futbol üzrə Almaniya milli komandasının martın 22-də Dortmundda İngiltərə ilə yoldaşlıq görüşü, martın 26-da isə Bakıda Azərbaycan yığması ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçı üçün heyəti müəyyənləşib. "Report"un məlumatına görə, Bundestimin baş məşqçisi Yoahim Löv yeni futbolçulara da dəvət göndərib. 

Qapıçılar: Manuel Noyer (“Bavariya”), Bernd Leno (“Bayer”), Mark-Andre ter Ştegen (“Barselona”)

Müdafiəçilər: Şkodran Mustafi (“Arsenal”, İngiltərə), Yonas Hektor (“Köln”), Benedikt Hövedes (“Şalke”), Mats Hummels, Joşua Kimmix (hər ikisi “Bavariya”), Antonio Rüdiqer ("Roma", İtaliya), Niklas Züle, Sebastian Rudi (hər ikisi “Hoffenhaym”)

Yarımmüdafiəçilər: Sami Kedira (“Yuventus”, İtaliya), Yulian Draksler (PSJ, Fransa), Toni Kroos (“Real”, İspaniya), Mesut Özil ("Arsenal", İngiltərə), Emre Can ("Liverpul", İngiltərə), Yulian Vayql ("Borussiya", Dortmund), Leroy Sane ("Mançester Siti"), Yulian Brandt ("Bayer")

Hücumçular: Andre Şürrle ("Borussiya", Dortmund), Lukaş Padolski ("Qalatasaray", Türkiyə), Tomas Müller (“Bavariya”), Mario Qomes (“Volfsburq”), Timo Verner (Leyptsiq).

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Almaniya matçı saat 20:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi