Almaniya yığmasının sabiq futbolçusu uşaq pornosu yaymaqda ittiham olunur

Almaniya yığmasının sabiq futbolçusu uşaq pornosu yaymaqda ittiham olunur Almaniya milli komandasının sabiq futbolçusu Kristof Metselder uşaq pornoqrafiyasının yayılmasında ittiham olunur.
Futbol
4 Sentyabr , 2019 09:48
Almaniya yığmasının sabiq futbolçusu uşaq pornosu yaymaqda ittiham olunur

Almaniya milli komandasının sabiq futbolçusu Kristof Metselder uşaq pornoqrafiyasının yayılmasında ittiham olunur. 

"Report"un "Bild"ə istinadən verdiyi məlumata görə, polis 38 yaşlı keçmiş müdafiəçinin evində axtarış aparılmasına dair order alıb. Metselderin kompüter və mobil telefonu müsadirə olunub. Qanun keşikçilərini onun xanımı məlumatlandırıb. Bildirilir ki, Metselder həmin qadının "votsap"ına uşaq pornoqrafiyasından bəhs edən 15 foto göndərib. 

Qeyd edək ki, Kristof Metselder karyerasını 2014-cü ildə başa vurub. O, Dortmund "Borussiya"sı ilə Almaniya, "Real Madrid"lə isə İspaniya çempionluğu qazanıb. Almaniya yığmasında 47 matça çıxan Metselder dünya çempionatlarında gümüş və bürünc medallar əldə edib. 

Son xəbərlər

Orphus sistemi