Yuxarı
    Bağlamaq

    Almaniya millisinin oyunçusu rekordçu olub

    AVRO-2016-nın yarımfinalında Fransaya qarşı matç 31 yaşlı Şvaynştayger üçün Avropa və dünya çempionatlarında 38-ci görüş olub

    Bakı. 8 iyul. REPORT.AZ/ Futbol üzrə Almaniya yığmasının kapitanı Bastian Şvaynştayger Avropa və dünya çempionatlarında keçirilən ümumi oyun sayında millidəki sabiq komanda yoldaşı Miroslav Klozenin rekordunu qırıb.

    "Report" xəbər verir ki, Avropa Çempionatının yarımfinal mərhələsində Fransaya qarşı matç 31 yaşlı B.Şvaynştayger üçün Avropa və dünya çempionatlarında 38-ci görüş olub.

    Bu göstərici üzrə üçüncü yerdə daha bir alman futbolçu qərarlaşıb: Lotar Matteus böyük turnirlərdə toplamda 36 oyun keçirməklə italiyalı Paolo Maldini ilə birgə 3-cü sıranı bölüşür.

    Qeyd edək ki, Almaniya - Fransa oyunu iyulun 7-də Marseldə keçirilib və fransızların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Finalda turnirin ev sahibi olan Fransa yığması Portuqaliyaya qarşı oynayacaq. İyulun 10-da baş tutacaq qarşılaşma Sen Denidə keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi