Almaniya millisinin oyunçusu rekordçu olub

Almaniya millisinin oyunçusu rekordçu olub AVRO-2016-nın yarımfinalında Fransaya qarşı matç 31 yaşlı Şvaynştayger üçün Avropa və dünya çempionatlarında 38-ci görüş olub
Futbol
8 İyul , 2016 11:23
Almaniya millisinin oyunçusu rekordçu olub

Bakı. 8 iyul. REPORT.AZ/ Futbol üzrə Almaniya yığmasının kapitanı Bastian Şvaynştayger Avropa və dünya çempionatlarında keçirilən ümumi oyun sayında millidəki sabiq komanda yoldaşı Miroslav Klozenin rekordunu qırıb.

"Report" xəbər verir ki, Avropa Çempionatının yarımfinal mərhələsində Fransaya qarşı matç 31 yaşlı B.Şvaynştayger üçün Avropa və dünya çempionatlarında 38-ci görüş olub.

Bu göstərici üzrə üçüncü yerdə daha bir alman futbolçu qərarlaşıb: Lotar Matteus böyük turnirlərdə toplamda 36 oyun keçirməklə italiyalı Paolo Maldini ilə birgə 3-cü sıranı bölüşür.

Qeyd edək ki, Almaniya - Fransa oyunu iyulun 7-də Marseldə keçirilib və fransızların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Finalda turnirin ev sahibi olan Fransa yığması Portuqaliyaya qarşı oynayacaq. İyulun 10-da baş tutacaq qarşılaşma Sen Denidə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi