Almaniya Futbol İttifaqı videotəkrar layihəsinin rəhbərini istefaya göndərib

Almaniya Futbol İttifaqı videotəkrar layihəsinin rəhbərini istefaya göndərib Helmut Kruq rüşvət almaqda şübhəli bilinir
Futbol
7 Noyabr , 2017 09:51
Almaniya Futbol İttifaqı videotəkrar layihəsinin rəhbərini istefaya göndərib

Bakı. 7 noyabr. REPORT.AZ/ Almaniya Futbol İttifaqı videotəkrar layihəsinin rəhbəri Helmut Kruqu istefaya göndərib.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, sabiq referi Kölndəki Bundesliqa hakimlərinin videotəkrar üçün müraciətlərinin baxıldığı nəzarət mərkəzinin müşaviri vəzifəsindən də uzaqlaşdırılıb.

Almaniya mətbuatında yer alan xəbərlərə görə, H.Kruq rüşvət almaqda şübhəli bilinir. Onun Bundesliqanın X turu çərçivəsində keçirilmiş “Şalke” – “Volfsburq” matçında (1:1) baş hakim Markus Şmidtin əvəzinə hansı epizodların videotəkarına baxılmasına özünün qərar verdiyi güman olunur.

Lakin H.Kruq ittihamları rədd edib.

Qeyd edək ki, videotəkrar layihəsinin rəhbəri vəzifəsi müvəqqəti olaraq, Luts Mixael Fröhlixə tapşırılıb. 

Son xəbərlər

Orphus sistemi