KİV: Alleqri "Yuventus"un baş məşqçi postunu tərk edəcək

KİV: Alleqri "Yuventus"un baş məşqçi postunu tərk edəcək Massimiliano Alleqri yaxın vaxtlarda İtaliyanın Yuventus futbol komandasının baş məşqçi postunu tərk edəcək.
Futbol
9 May , 2019 10:12
KİV: Alleqri Yuventusun baş məşqçi postunu tərk edəcək

Massimiliano Alleqri yaxın vaxtlarda İtaliyanın "Yuventus" futbol komandasının baş məşqçi postunu tərk edəcək. 

"Report"un "Sport Mediaset"ə istinadən verdiyi məlumata görə, 52 yaşlı mütəxəssislə klub prezidenti Andrea Anyelli transfer kampaniyasının müzakirəsi zamanı belə qərara gəliblər.

Alleqrini Fransa PSJ-si variantının maraqlandırdığı bildirilir. Onun əvəzləməyə namizəd kimi Antonio Konte göstərilir. "İnter" variantı da olan Konteni Turin klubunun vitse-prezidenti Pavel Nedved də dəstəkləyir. 

Qeyd edək ki, Massimiliano Alleqri "Yuventus"a 2014-cü ildə baş məşqçi təyin olunub. O, ötən müddətdə 5 dəfə İtaliya çempionluğu, 4 dəfə ölkə kubokunu və 2 dəfə Superkuboku əldə edib. Alleqri İtaliyada ardıcıl 4 mövsüm "qızı dubl" edən ilk baş məşqçidir. 

Son xəbərlər

Orphus sistemi