​Aleksis Sançes Amerika Kubokunun ən yaxşı futbolçusu seçilib

​Aleksis Sançes Amerika Kubokunun ən yaxşı futbolçusu seçilib "Qızıl butsu" Çilinin futbolçusu Eduardo Varqasa nəsib olub
Futbol
27 İyun , 2016 08:37
​Aleksis Sançes Amerika Kubokunun ən yaxşı futbolçusu seçilib

Bakı. 27 iyun. REPORT.AZ/ Futbol üzrə Çili yığma komandasının hücumçusu Aleksis Sançes ABŞ-da keçirilən 2016-cı il Amerika Kubokunun ən yaxşı oyunçusu seçilib.

"Report" xəbər verir ki, bu barədə turnirin mətbuat xidmətinin məlumatında bildirilir.

Çili yığması finalda oyunsonrası penalti seriyalarında Argentina millisinə qalib gələrək (4:2) Kubokun sahibi olub.

O, turnirin 6 oyununda üç dəfə fərqlənib və iki qol ötürməsi verib. Ən yaxşı bombardirə verilən "Qızıl butsu" mükafatını çilililərin hücumçusu Eduardo Varqas alıb. O, turnirdə 6 top vurub ki, bunun da 4-nə ¼ finalda Meksika ilə oyunda (7:0) imza atıb.

Yarışın ən yaxşı qapıçısı Çilinin qolkiperi Klaudio Bravo seçilib. O, turnirdə 6 oyuna 5 qol buraxıb. Bundan əlavə, Bravo "play-off" mərhələsinin üç matçında qapısını toxunulmaz saxlayıb, oyunsonrası penaltilər seriyasında isə qolkiper bir zərbənin qarşısını alıb.

"Ədalətli mübarizə" (fair play) xüsusi mükafatına Argentina millisi layiq görülüb.

Son xəbərlər

Orphus sistemi