Yuxarı

Aleksandr Əliyev: "Ən mənasız məşqi Qazzayev keçirdi"

Aleksandr Əliyev: "Ən mənasız məşq Qazzayevdədir"

Ukrayna “Dinamo”sunun əslən azərbaycanlı sabiq futbolçusu Aleksandr Əliyev rusiyalı məşqçi Valeri Qazzayevin vaxtilə Kiyev klubundakı iş prinsiplərini ələ salıb.

“Report”un məlumtına görə, 35 yaşlı keçmiş yarımmüdafiəçi bununla bağlı “You Tube”dakı “Kent” kanalına açıqlama verib. O, 66 yaşlı mütəxəssisin ən mənasız məşqlər keçdiyini bildirib: "Qazzayevi ümumiyyətlə başa düşmədim. Yəqin ki, çoxları da anlamayıb. Amma məcbur idim. Digərləri susdu, bəli. Mən isə heç vaxt susmuram. Qazzayevin mənasız bir şeyi də var idi. Qapımıza hücum olanda tüpürürdü. Həmin vaxt paltosunamı tüpürürdü? (gülümsəyir) Onun yanında gəzən və paltarını silən xüsusi köməkçiləri var idi. Sadəcə, zarafat edirəm. Qazzayev məşqçilik karyerasında çox şey əldə edib".

Əliyev Qazzayevin oyundan əvvəl rəqs etdiyini də sözlərinə əlavə edib: “Meydana girməzdən öncə ayağa qalxır və rəqs edərək bunları deyirdi: “Uşaqlar, sizə uğurlar arzulayıram. Bu gün hansısa mükafatımız var”. Amma ondan niyə rəqs etdiyini heç soruşmamışam”.

Qeyd edək ki, Valeri Qazzayev Kiyev "Dinamo"sunda 2009-cu il iyunun 20-dən 2010-cu il oktyabrın 1-dək çalışıb. Onun dövründə "Dinamo" Ukrayna Super Kubokunun qalibi və ölkə çempionatının gümüş mükafatçısı olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi