Rusiya Futbol İttifaqının prezidenti vəzifəsinə yeganə namizəd irəli sürülüb

Rusiya Futbol İttifaqının prezidenti vəzifəsinə yeganə namizəd irəli sürülüb Bakı. 14 yanvar. REPORT.AZ/ Rusiya Futbol İttifaqının (RFS) prezidenti vəzifəsinə namizəd qəbulu başa çatıb.
Futbol
14 Yanvar , 2019 09:52
Rusiya Futbol İttifaqının prezidenti vəzifəsinə yeganə namizəd irəli sürülüb

Bakı. 14 yanvar. REPORT.AZ/ Rusiya Futbol İttifaqının (RFS) prezidenti vəzifəsinə namizəd qəbulu başa çatıb. 

"Report"un məlumatına görə, Vitali Mutkonun gedişindən sonra vakant posta yalnız "Zenit"in Direktorlar Şurasının sədri Aleksandr Dükovun namizədliyi irəli sürülüb. Onu RFS-ə daxil olan müxtəlif regional federasiyalarla yanaşı, Premyer Liqa klubları da dəstəkləyib. Beləliklə, fevralın 22-nə təyin olunmuş seçki alternativsiz keçiriləcək və formal xarakter daşıyacaq. 

Qeyd edək ki, Vitali Mutkonun RFS prezidenti vəzifəsindən istefası dekabrın 19-da açıqlanıb. Hazırda bu vəzifədə müvəqqəti olaraq, Rusiya Premyer Liqasının prezidenti Sergey Pryadkin çalışır. 

Son xəbərlər

Orphus sistemi