Aftandil Hacıyev: "Baş məşqçi kimi ilk qələbəni hiss etmək xoş oldu"

Aftandil Hacıyev: "Baş məşqçi kimi ilk qələbəni hiss etmək xoş oldu" Bakı. 26 avqust. REPORT.AZ/ Gərgin oyunun olacağını gözləyirdik. Çünki rəqibun 1 xalı vardı, bizdə isə ümumiyyətlə, xal yox idi. Bu da hər iki komandanı motivasiya edirdi. Futbolçularımıza təşəkkür edirəm. Oyuna yaxşı kökləndilər. Çatışmazlıqlarımızı təhlil edərək aradan qaldırmağa çalışdıq.
Futbol
26 Avqust , 2018 20:37
Aftandil Hacıyev: Baş məşqçi kimi ilk qələbəni hiss etmək xoş oldu

Bakı. 26 avqust. REPORT.AZ/ "Gərgin oyunun olacağını gözləyirdik. Çünki rəqibun 1 xalı vardı, bizdə isə ümumiyyətlə, xal yox idi. Bu da hər iki komandanı motivasiya edirdi. Futbolçularımıza təşəkkür edirəm. Oyuna yaxşı kökləndilər. Çatışmazlıqlarımızı təhlil edərək aradan qaldırmağa çalışdıq".

"Report" xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev səfərdə "Keşlə"ni 2:1 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının III tur matçından sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis bildirib ki, bu, hələ azdır:

"Yuxarı yerlərə çıxmaq istəyiriksə, həmişə belə hazırlaşmalıyıq. Zəif rəqib olmadığından, ciddi hazırlaşmaq lazımdır. Fasilədə hazırlşamağa vaxtımız olacaq. Düşünmürəm ki, milli komandaların oyunları ilə əlaqədar verilən ara ilk qələbəsini qazanan komandamızı tonusdan salacaq. Bir qədər üzərimizdə təzyiq vardı ki, sonuncu pillədəyik. İndi düşünürəm ki, futbolçular daha istəkli olacaqlar. Bu qələbə digər oyunlara əsla təsir etməməlidir. Fasilədə daha çox çalşmalıyıq".

Hacıyev baş məşqçi kimi ilk qələbəsindən keçirdiyi hissləri də açıqlayıb:

"Futbolçular kimi bu cür qələbələr hiss etmişdim. Əlbəttə, baş məşqçi kimi də bunu hiss etmək xoş idi. Ardıcıllığın olması vacib lazımdır. Bunun üçün biz məşqçilər üzərimizdə çox çalışmalıyıq".

Son xəbərlər

Orphus sistemi