Afrikalı futbolçu koronavirusa görə Türkiyəni tərk etdi
Futbol
- 30 mart, 2020
- 13:13
Türkiyənin "Dənizlispor" klubunun futbolçusu Modu Berrou komandanın düşərgəsini icazəsiz tərk edib.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, qambiyalı hücumçu klub rəhbərliyinə xəbər vermədən ölkəsinə yollanıb.
Onun koronavirus pandemiyası ilə bağlı ailəsinin yanında olmaq üçün vətəninə getdiyi bildirilib.
Qeyd olunub ki, 28 yaşlı forvard maaşını ala bilmədiyi üçün daha əvvəl 2 dəfə komandadan ayrılmaq istədiyini rəhbərliyə çatdırsa da, "yox" cavabı alıb.
"Dənizlispor"un Berrou ilə müqaviləyə xitam verəcəyi qeyd olunub.
Xatırladaq ki, dünən “Konyaspor” klubu slovakiyalı futbolçusu Robert Makla eyni səbəbdən yolları ayırıb.
Son xəbərlər
01:33
"Atalanta"nı məğlub edən "Yuventus" A Seriyasının ilk dördlüyünə yüksəlib
Futbol01:09
İsrailin hücumları nəticəsində Livanın cənubunda səkkiz nəfər ölüb
Digər ölkələr00:45
Rusiyanın cənubunda bir ay ərzində 130-dan çox ölü delfin tapılıb
Region00:20
IRIB: İslamabadda İran və ABŞ arasında danışıqların üçüncü raundu başlayıb - YENİLƏNİB-3
Region00:13
Gələn həftə Zelenski və Meloni arasında Romada görüş keçiriləcək
Digər ölkələr00:00
Bu gün pravoslav xristianları Pasxa bayramını qeyd edir
Din23:37
Tərtərdə bıçaqlanan 27 yaşlı kişi ölüb
Hadisə23:20
KİV: ABŞ-İran danışıqları Hörmüz boğazına nəzarət məsələsində fikir ayrılıqlarına görə dalana dirənib
Region23:04