Yuxarı

Afrikada 2017-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib

Afrikada 2017-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib
Bu ada Məhəmməd Salah layiq görülüb

Bakı. 5 yanvar. REPORT.AZ/ Afrikada 2017-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib.

“Report” xəbər verir ki, bu ada Misir yığmasının və İngiltərənin “Liverpul” komandasının futbolçusu Məhəmməd Salah layiq görülüb. 25 yaşlı hücumçu 625 səslə birinci olub.

O, “Liverpul”dakı seneqallı komanda yoldaşı Sadio Mane (507 səs) və Almaniyanın “Borussiya” (Dortmund) klubunun qabonlu forvardı Pyer-Emerik Obameyanqı (311 səs) qabaqlayıb.

İlin məşqçisi nominasiyasının qalibi Misir yığmasına rəhbərlik edən Ektor Kuper olub. Argentinalı mütəxəssisin komandası 2018-ci il dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaqla yanaşı, ötən il Afrika Millətlər Kubokunun gümüş medallarını əldə edib.

Misir yığması isə ilin komandası seçilib.

Qeyd edək ki, Məhəmməd Salah həm də 2017-ci ilin ən yaxşı ərəb futbolçusu seçilib. Ötən yay İtaliyanın “Roma” klubundan “Liverpul”a keçən hücumçu bu mövsüm İngiltərə təmsilçisinin heyətində 29 oyuna 23 qol vurub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi