Afrika Millətlər Kuboku: Əlcəzair Zimbabve ilə heç-heçə edib - VİDEO

Afrika Millətlər Kuboku: Əlcəzair Zimbabve ilə heç-heçə edib - VİDEO Görüş 2:2 hesabı ilə başa çatıb
Futbol
15 Yanvar , 2017 22:58
Afrika Millətlər Kuboku: Əlcəzair Zimbabve ilə heç-heçə edib - VİDEO

Bakı. 15 yanvar. REPORT.AZ/ Əlcəzair yığması Qabonda keçirilən Afrika Millətlər Kubokunun qrup mərhələsinin birinci turunda Zimbabve komandası ilə 2:2 hesablı heç-heçə edib.

"Report" xəbər verir ki, Əlcəzairin heyətində İngiltərə "Lester"inin yarımmüdafiəçisi Riyad Marez (12 və 82-ci dəqiqələr) dubl edib.

Zimbabvedə Kudakvaşe Maxaçi (17) və Nyaşa Muşekvi (29, penaltidən) fərqlənib.

Bu gün axşam "B" qrupunda Seneqal və Tunis yığmaları üz-üzə gələcək.

Yanvarın 19-da Əlcəzair Tunislə, Seneqal isə Zimbabve ilə qarşılaşacaq.

Turnir fevralın 5-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi