Bakı. 17 yanvar. REPORT.AZ/ Konqo Demokratik Respublikası yığması Qabonda keçirilən Afrika Millətlər Kuboku – 2017-nin qrup mərhələsi çərçivəsində Mərakeş üzərində qələbə qazanıb.
"Report" xəbər verir ki, "C" qrupunda birinci turun oyunu 1:0 hesabı ilə Konqo DR-nin xeyrinə başa çatıb.
Qalib komandanın heyətində yeganə qolu görüşün 55-ci dəqiqəsində Erve Kaj vurub. 81-ci dəqiqədə Konqo DR azlıqda qalıb: Joze Mutambala meydandan qovulub.
Yanvarın 20-də keçiriləcək növbəti turda Konqo DR Kot-d'İvuar, Mərakeş isə Toqo ilə qarşılaşacaq.
Afrika Millətlər Kuboku – 2017-nin qalibi Rusiyada keçiriləcək Konfederasiyalar Kubokunda iştirak edəcək.