Afrika Kuboku: Konqo Demokratik Respublikası Mərakeşi məğlub edib - VİDEO

Afrika Kuboku: Konqo Demokratik Respublikası Mərakeşi məğlub edib - VİDEO Qalib komandanın heyətində yeganə qolu Erve Kaj vurub
Futbol
17 Yanvar , 2017 08:16
Afrika Kuboku: Konqo Demokratik Respublikası Mərakeşi məğlub edib - VİDEO

Bakı. 17 yanvar. REPORT.AZ/ Konqo Demokratik Respublikası yığması Qabonda keçirilən Afrika Millətlər Kuboku – 2017-nin qrup mərhələsi çərçivəsində Mərakeş üzərində qələbə qazanıb.

"Report" xəbər verir ki, "C" qrupunda birinci turun oyunu 1:0 hesabı ilə Konqo DR-nin xeyrinə başa çatıb.

Qalib komandanın heyətində yeganə qolu görüşün 55-ci dəqiqəsində Erve Kaj vurub. 81-ci dəqiqədə Konqo DR azlıqda qalıb: Joze Mutambala meydandan qovulub.

Yanvarın 20-də keçiriləcək növbəti turda Konqo DR Kot-d'İvuar, Mərakeş isə Toqo ilə qarşılaşacaq.

Afrika Millətlər Kuboku – 2017-nin qalibi Rusiyada keçiriləcək Konfederasiyalar Kubokunda iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi