Yuxarı

AFFA və BFA rəhbərliyi görüşüb

​AFFA və BFA rəhbərliyi görüşüb

“Bəhreyn Milli Stadionu”nda Azərbaycan yığmasının Bəhreynə 3:2 hesabı ilə qalib gəldiyi yoldaşlıq oyunundan əvvəl Bəhreyn Futbol Assosiasiyası (BFA) və AFFA nümayəndələri arasında görüş keçirilib.

"Report" milli sssosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, görüşdə AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev, İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, baş katib Elxan Məmmədov, BFA-nın vitse-prezidenti Ali Al Buainain və baş katib Ebrahim Al Buainain iştirak edib.

Hər iki qurum arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi