Yuxarı

Azərbaycan millisi Nikola Yurçeviçin rəhbərliyi altında ilk qələbəsini qazanıb - YENİLƏNİB-6 - FOTO

Azərbaycan millisi Nikola Yurçeviçin rəhbərliyi altında ilk qələbəsini

Futbol üzrə Azərbaycan milli komandası baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında ilk qələbəsini qazanıb.

"Report"un məlumatına görə, bu, səfərdə Bəhreynlə keçirilmiş yoldaşlıq görüşündə baş verib. Qarşılaşma millinin qələbəsi ilə yekunlaşıb - 3:2.

Bəhreyn Milli Stadionundakı matçda hesabı meydan sahibləri açıb. Lakin 41-ci dəqiqədə Rüfət Dadaşov bərabərlik qolunu vurub.

62-ci dəqiqədə Təmkin Xəlilzadə qonaq komandanı hesabda irəli çıxarıb. Bəhreyn tezliklə hesabı bərabərləşdirsə də, 70-ci dəqiqədə Ramil Şeydayev yekun nəticəni müəyyənləşdirib - 3:2.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 13-də Budapeştdə AVRO-2020-nin seçmə matçında Macarıstanın qonağı olacaq. "Groupama" stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.


***22:04

Futbol üzrə Azərbaycan komandası Bəhreyn yığması ilə yoldaşlıq oyununda hesabda növbəti dəfə önə çıxıb.

"Report" xəbər verir ki, Ramil Şeydayev qarşılaşmanın 70-ci dəqiqəsində hesabı 3:2-ə çatdırıb.


***22:00

Bəhreyn yığması Azərbaycan komandası ilə oyunda hesabı bərabərləşdirib.

"Report" xəbər verir ki, Mohamed Saad 68-ci dəqiqədə Bəhreyn yığmasının növbəti qolunu vurub. Bəhreyn-Azərbaycan - 2:2.


***21:53

Azərbaycan milli komandası Bəhreynlə yoldaşlıq oyununda hesabda önə çıxıb. 

"Report" xəbər verir ki, Təmkin Xəlilzadə qarşılaşmanın 62-ci dəqiqəsində Azərbaycan komandasının növbəti qolunu vurub - 2:1



***21:37

Futbol üzrə Bəhreyn - Azərbaycan yığmaları arasında yoldaşlıq oyununun ikinci hissəsi başlayıb.

"Report" xəbər verir ki, hazırda hesab 1:1-dir.  


***21:19

Futbol üzrə Bəhreyn - Azərbaycan yığmaları arasında yoldaşlıq oyununun birinci hissəsi başa çatıb.

"Report" xəbər verir ki, komandalar fasiləyə bərabər hesabla yollanıblar.

Qeyd edək ki, oyunda hesabı 31-ci dəqiqədə meydan sahibləri açıb. Bəhreyn yığmasının heyətində Abdulvahab A.Rahman fərqlənib. 

Bundan 10 dəqiqə sonra Azərbaycan yığmasının oyunçusu Rüfət Dadaşov hesabı bərabərləşdirib - 1:1.  


***21:14

Azərbaycan yığması Bəhreynlə oyunda hesabı bərabərləşdirib.

"Report" xəbər verir ki, qarşılaşmanın 41-ci dəqiqəsində Rüfət Dadaşov Azərbaycan yığmasının heyətində fərqlənib - Bəhreyn-Azərbaycan - 1:1


***21:03

Azərbaycan milli komandasının Bəhreynlə yoldaşlıq oyununda hesab açılıb.

"Report" xəbər verir ki, qarşılaşmanın 31-ci dəqiqəsində Bəhreyn yığmasının heyətində Abdulvahab A.Rahman

fərqlənib.


***20:33

Futbol üzrə Azərbaycan milli komandası növbəti oyununu keçirir. 

"Report"un məlumatına görə, Nikola Yurçeviçin baş məşqçisi oluduğu kollektiv Bəhreyn yığması ilə üz-üzə gəlir.  

Ər-Rifa şəhərində Bəhreyn Milli Stadionundakı qarşılaşma Bakı vaxtı ilə 20:30-da başlayıb. 

Qeyd edək ki, Azərbaycan millisi 4 gün sonra AVRO-2020-nin seçmə mərhələsində Macarıstanın qonağı olacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi