AFFA rəsmiləri UEFA-nın Konqresində iştirak edir

AFFA rəsmiləri UEFA-nın Konqresində iştirak edir Tədbirə AFFA-nın prezidenti Rövnəq Abdullayev də qatılıb
Futbol
5 Aprel , 2017 12:29
AFFA rəsmiləri UEFA-nın Konqresində iştirak edir

Bakı. 5 aprel. REPORT.AZ/ Bu gün Finlandiyanın paytaxtı Helsinki şəhərində UEFA-nın 41-ci növbəti Konqresi keçirilir.

"Report"un məlumatına görə, tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edir. Konqresin gündəliyinə daxil olunmuş məsələlərdən biri UEFA İcraiyyə Komitəsinin 8 üzvünün seçilməsidir.

Qeyd edək ki, AFFA-nın baş katibi Elxan Məmmədovun UEFA İcraiyyə Komitəsi üzvlüyünə namizədliyi irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi