Yuxarı
    Bağlamaq

    AFFA rəhbərliyi Azərbaycan yığmasının sabiq baş məşqçisinin vəfatı ilə əlaqədar başsağlığı verib

    Qurum başsağlığı mətni yayıb

    Bakı. 26 oktyabr. REPORT.AZ/ AFFA rəhbərliyi Azərbaycan milli komandasının sabiq baş məşqçisi Karlos Alberto Torresin vəfatı ilə əlaqədar başsağlığı verib. "Report"un məlumatına görə, bununla bağlı qurumun rəsmi saytında başsağlığı mətni yerləşdirilib. 

    Mətndə deyilir: "Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliyi Azərbaycan milli komandasının sabiq baş məşqçisi, braziliyalı futbol mütəxəssisi Karlos Alberto Torresin vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına ölkə futbol ictimaiyyəti adından dərin hüznlə başsağlığı verir".

    Qeyd edək ki, Karlos Alberto Torres ötən gün 73 yaşında ikən ürək tutmasından vəfat edib. 1970-ci ilin dünya çempionu 2004-cü il fevralın 14-dən 2015-ci il iyunun 4-dək Azərbaycan yığmasının baş məşqçisi olub.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi