AFFA Region Liqasında şübhəli oyun aşkarlanıb

AFFA Region Liqasında şübhəli oyun aşkarlanıb Region Liqasında “Füzuli” və “FC Baku” komandaları arasında keçirilmiş oyunun nəticəsinin manipulyasiyası şübhəsi ilə AFFA-ya məlumat daxil olub.
Futbol
19 Aprel , 2019 12:21
AFFA Region Liqasında şübhəli oyun aşkarlanıb

Region Liqasında “Füzuli” və “FC Baku” komandaları arasında keçirilmiş oyunun nəticəsinin manipulyasiyası şübhəsi ilə AFFA-ya məlumat daxil olub. 

"Report" xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi açıqlamasında bildirilir.  Aprelin 6-da keçirilmiş qarşılaşma "FC Baku"nun qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu ilk hissədə Emin Mustafayev penaltidən vurub. Paytaxtdakı matçda 1:1 hesablı heç-heçə qeydə alındığı üçün iki oyunun yekununda "Füzuli" mübarizəni dayandırıb. 

AFFA Region Liqasının İşçi Qrupu daxil olmuş məlumatı araşdırmaq üçün "FC Baku"nun Qusar "Şahdağ"ı ilə aprelin 22-də nəzərdə tutulan yarımfinal görüşünü qeyri-müəyyən müddətə təxirə salıb. 

Qeyd edək ki, digər yarımfinal matçı "Uğur" (Sumqayıt) və "Araz Naxçıvan" komandaları arasında keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi