Yuxarı

AFFA "Qəbələ" və "Keşlə"nin futbolçularını cəzalandırıb

AFFA "Qəbələ" və "Keşlə"nin futbolçularını cəzalandırıb

Bakı. 25 sentyabr. REPORT.AZ/ AFFA-nın İntizam Komitəsi “Qəbələ”nin futbolçusu Təmkin Xəlilzadə və “Keşlə”nin oyunçusu Andre Klennonu cəzalandırıb.

“Report”un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Xəlilzadə Azərbaycan Premyer Liqasının V turunda “Qarabağ”a 1:4 hesabı ilə uduzduqları matçın 90+2-ci dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb. O, 2 oyun cəzalanıb. Klub isə 1600 manat cərimələnib.

Klennon isə ötən tur “Sumqayıt”a evdə 1:2 hesabı ilə məğlub olduqları görüşün 90+2-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Hücumçu 1 oyunluq cəzalanıb, klub isə 200 manat cərimə ödəməli olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi