AFFA "Qəbələ"nin kapitanını 3 oyunluq cəzalandırıb

AFFA "Qəbələ"nin kapitanını 3 oyunluq cəzalandırıb Bakı. 23 may. REPORT.AZ/ AFFA İntizam Komitəsi “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynovu 3 oyunluq cəzalandırıb.
Futbol
23 May , 2018 13:03
AFFA Qəbələnin kapitanını 3 oyunluq cəzalandırıb
0 : 00
0 : 00

Bakı. 23 may. REPORT.AZ/ AFFA İntizam Komitəsi “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynovu 3 oyunluq cəzalandırıb.

“Report”un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, buna səbəb əyalət təmsilçisinin kapitanının Azərbaycan Premyer Liqasının XXVIII turunda “Qarabağ”la matçın 45+2-ci dəqiqəsində aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılması ilə bağlıdır. 

“Qəbələ” C.Hüseynovun bu davranışına görə 2400 manat cərimə də ödəyəcək.

XXVIII turun “Sumqayıt” – “Zirə” matçında qonaqların 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 90+3-cü dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimələnib.

“Kəpəz” – “Neftçi” görüşünün 87-ci dəqiqəsində qonaqların futbolçusu Kiril Petrov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, kluba 200 manat cərimə kəsilib.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2017/2018 mövsümünə yekun vurulduğu üçün cəzalar növbəti çempionata şamil olunur.

Son xəbərlər

Orphus sistemi