Yuxarı
    Bağlamaq

    AFFA prezidenti Azərbaycan-Hollandiya matçını izləyir

    Futzal millimiz tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə düşməyə yaxındır

    Bakı. 12 aprel. REPORT.AZ/ AFFA prezidenti Rövnəq Abdullayev dünya çempionatının "pley-off" mərhələsində Azərbaycan-Hollandiya matçını izləyir. 

    "Report"un məlumatına görə, assosiasiya başçısı Bakı İdman Sarayında keçirilən tarixi matçı Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə birgə izləyir. Onlarla yanaşı, AFFA-nın baş katibi Elxan Məmmədov da matçı izləyənlər arasındadır.

    Qeyd edək ki, futzal millimiz tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə düşməyə yaxındır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi