AFFA-nın iki əməkdaşı Avropa Liqasında eyni oyuna təyinat alıb

AFFA-nın iki əməkdaşı Avropa Liqasında eyni oyuna təyinat alıb AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva və Hakimlər Komitəsinin sədri Frits Ştuxlik eyni oyuna təyinat alıb.
Futbol
19 Noyabr , 2019 11:46
AFFA-nın iki əməkdaşı Avropa Liqasında eyni oyuna təyinat alıb

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva və Hakimlər Komitəsinin sədri Frits Ştuxlik eyni oyuna təyinat alıb. 

"Report"un məlumatına görə, milli assosiasiyanın hər iki əməkdaşı Rusiyada "Krasnodar" və İsveçrə "Bazel"i arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin VI tur matçında iş başında olacaq. Mehtiyeva UEFA nümayəndəsi, Ştuxlik hakim-inspektor funksiyasını yerinə yetirəcək. 

Qeyd edək ki, görüş noyabrın 28-də olacaq. 

Son xəbərlər

Orphus sistemi