Yuxarı

​AFFA-nın I vitse-prezidenti mükafatlandırılıb

Federasiya rəsmisinə diplom Cross Cultures Project Association qurumu tərəfindən təqdim edilib

Bakı. 6 yanvar. REPORT.AZ/ AFFA-nın I vitse-prezidenti, millət vəkili Rauf Əliyev diplomla mükafatlandırılıb. "Report" federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, R.Əliyev Beynəlxalq Açıq Əyləncəli Futbol Məktəbləri layihəsinin infrastrukturunun inkişafı və reallaşdırılmasında, Azərbaycanda kütləvi futbolun təbliğində və həyata keçirilməsində əldə olunan uğurlara görə təltif olunub.

Federasiya rəsmisinə diplom "Cross Cultures Project Association" tərəfindən təqdim edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi