Bakı. 6 yanvar. REPORT.AZ/ AFFA-nın I vitse-prezidenti, millət vəkili Rauf Əliyev diplomla mükafatlandırılıb. "Report" federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, R.Əliyev Beynəlxalq Açıq Əyləncəli Futbol Məktəbləri layihəsinin infrastrukturunun inkişafı və reallaşdırılmasında, Azərbaycanda kütləvi futbolun təbliğində və həyata keçirilməsində əldə olunan uğurlara görə təltif olunub.
Federasiya rəsmisinə diplom "Cross Cultures Project Association" tərəfindən təqdim edilib.