Yuxarı

AFFA "Neftçi" və AZAL-ın futbolçularını cəzalandırıb

İntizam Komitəsinin yeni mövsümdə ilk iclası keçirilib

Bakı. 9 avqust. REPORT.AZ/ AFFA İntizam Komitəsinin yeni mövsümdə ilk iclası keçirilib. "Report"un məlumatına görə, toplantıda Azərbaycan Premyer Liqasının ilk turunda baş verən intizam pozuntuları ilə bağlı ölçü götürülüb. 

AZAL komandası ilə matçın 36-cı dəqiqəsində “Neftçi”nin futbolçusu Jayro Rodriges ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. 

Elə həmin vaxt rəqibi itələdiyi üçün birbaşa qırmızı vərəqə alan AZAL-ın oyunçusu Ruslan Nəsirli isə 2 oyunluq cəzaya, klubu 1600 manat cəriməyə məruz qalıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi