AFFA Konfransı və İcraiyyə Komitəsinin gündəliyi açıqlanıb

AFFA Konfransı və İcraiyyə Komitəsinin gündəliyi açıqlanıb İcraiyyə Komitəsi dünyasını dəyişmiş Mirkamil Rəhimovun yerinə üzv seçəcək
Futbol
15 Fevral , 2017 13:59
AFFA Konfransı və İcraiyyə Komitəsinin gündəliyi açıqlanıb

Bakı. 15 fevral. REPORT.AZ/ AFFA-nın növbəti Hesabat Konfransı və İcraiyyə Komitəsinin iclasının vaxtı və yeri açıqlanıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbir martın 16-da saat 10:00-da "Hilton" otelində keçiriləcək. 

Saat 10:00-da başlanacaq konfransın gündəliyinə bu məsələlər daxil edilib:

- Prezident tərəfindən salamlama

- Yığıncağın tərkibinin yoxlanılması

- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması

- Maliyyə hesabatının təsdiq olunması

- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq

- Növbəti ilin büdcəsinin təsdiq olunması

- Hər hansı vakant vəzifəyə seçkilər

- AFFA üzvlərinin təkliflərinin qəbul olunması

- Digər məsələlər

Konfransdan dərhal sonra keçiriləcək İcraiyyə Komitəsinin iclasında isə mövcud olan 1 vakant yerə seçki keçiriləcək. Həmin yer Mirkamil Rəhimovun dünyasını dəyişməsindən sonra boşalıb. 

Konfransa giriş dəvətnamə ilə olacaq.

Son xəbərlər

Orphus sistemi