Yuxarı

AFFA Klublar Komitəsinin iclası başlayıb

AFFA Klublar Komitəsinin iclası başlayıb
© Report

Bakı. 15 mart. REPORT.AZ/ AFFA Klublar Komitəsinin bu il üçün ilk iclası başlayıb.

"Report"un məlumatına görə, “Boulevard Hotel”də keçirilən tədbirin gündəliyinə 10 məsələ daxil edilib.

Bunlar Klublar Komitəsinə yeni fəaliyyət müddəti üçün yeni sədr seçkisi, UEFA konversiyasının məşqçi kurslarına aid yeniliklərin tətbiq olunması ( Aslan Kərimov və Osman Rəhimovun təqdimatı), UEFA-nın Lisenziyalaşdırma prosesi çərçivəsində klubların fan klublarla yeni iş starategiyası haqqında ( Yusif Vəliyevin təqdimatı), əvəzedici komandaların I Divizionda iştirak etmələrinin mümkünlüyü, Azərbaycan Premyer Liqasında gələcəkdə tətbiqi üçün videotəkrarların test edilməsi (VAR sustemi, təqdimat), milliləşdirilmiş futbolçuların müvəqqəti yaşama haqqında icazəsinin Miqrasiya Xidməti tərəfindən verilməməsi problemi və bununla bağlı AFFA-ya müraciət etmək, klubların TMS menecerlərinin FİFA TMS kurslarında iştirak etməsi üçün AFFA-ya müraciət etmək, I Divizionda çıxış edən klubların nümayəndələrinin Klublar Komitəsində mümkün iştirakını müzakirə etmək, müxtəlif yaş qrupları üzrə oyunçuların təhsilləri ilə problemlərin mövcudluğu və çıxış yollarının müzakirəsi, U-17 Milli komandasının Gənclər Liqasında iştirakı məsələləridir. 

Toplantıya Azərbaycan Premyer Liqasının 8 klubunun nümayəndələri - Rəmiş Malıyev ("Keşlə"), Riad Rəfiyev ("Sumqayıt"), Elnur Camalxanov ("Kəpəz"), Zaur Əzizov ("Qəbələ"), Ramin Həsənov (Səbail), Kamran Quliyev ("Neftçi"), Asif Əsgərov, Əmrah Çəlikəl ("Qarabağ") və Natiq İsmayılov ("Zirə") qatılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi