AFFA Klublar Komitəsinə yeni sədr seçilib

AFFA Klublar Komitəsinə yeni sədr seçilib Kamran Quliyev növbəti bir ildə komitəyə rəhbərlik edəcək
Futbol
23 Dekabr , 2016 11:46
AFFA Klublar Komitəsinə yeni sədr seçilib

Bakı. 23 dekabr. REPORT.AZ/ AFFA Klublar Komitəsinə (KK) sədr seçkisi keçirilib.

"Report"un məlumatına görə, seçki KK-nın bugünkü iclası çərçivəsində baş tutub.

Azərbaycan Premyer Liqasında mübarizə aparan 8 klub rəsmisinin qatıldığı toplantıda Kamran Quliyev yeni sədr seçilib. "Sumqayıt"ın prezidenti komitəyə növbəti bir il müddətinə rəhbərlik edəcək.

K.Quliyev 8 səsdən 7-ni qazanıb. Bir nəfər isə "Qarabağ"ın direktoru Əmrah Çəlikələ səs verib. Çox güman ki, bu, elə yeni prezident olub.

Qeyd edək ki, KK-nın ilk sədri "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov olub. Bundan sonra AZAL-ın vitse-pezidenti Fikrət Hüseynov quruma rəhbər seçilib. Göründüyü kimi, Quliyev komitəyə başçılıq edəcək ilk klub prezidenti olub.

Son xəbərlər

Orphus sistemi