AFFA infrastruktur layihələrindən birini tamamlayıb

AFFA infrastruktur layihələrindən birini tamamlayıb Daha 2 stadionda isə işlər davam edir
Futbol
30 Avqust , 2018 10:30
AFFA infrastruktur layihələrindən birini tamamlayıb
affa.az
0 : 00
0 : 00

Bakı. 30 avqust. REPORT.AZ/ AFFA "Bakcell Arena"nın futbol meydanında apardığı əsaslı təmir işlərini başa vurub. 

"Report"un milli assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakının 8-ci km qəsəbəsindəki stadionun yenilənmiş ot örtüyü növbəti oyunları qəbul etmək üçün hazır vəziyyətə gətirilib.

2012-ci ildə fəaliyyətə başlamış "Bakcell Arena" 2017-ci ilin sonuna qədər 140 futbol oyunu və 240 saatlıq məşq qəbul edib. Bu qarşılaşmalardan 53-ü beynəlxalq oyunlardır. Stadionun ot örtüyündə təmir işlərinə maydan başlanılıb. 

Bundan başqa Grow 2020 inkişaf strategiyasının məqsədləri çərçivəsində infrastruktur layihələri həyata keçirilməkdə davam edir. AFFA “Sumqayıt” klubunun ev oyunlarını keçirdiyi Kapital Bank Arenanın süni örtüyünü təbii ot örtüyü ilə əvəzlənir və stadion ərazisində 1 təbii örtüklü yeni məşq meydançası inşa olunur. Həmçinin, “Zirə” komandasının ev oyunlarını keçirdiyi Zirə Olimpiya Kompleksinin Stadionunda süni örtüklü meydanın yerinə təbii örtüklüsü inşa olunur.

Son xəbərlər

Orphus sistemi