AFFA İntizam Komitəsi 3 məşqçini cəzalandırıb

AFFA İntizam Komitəsi 3 məşqçini cəzalandırıb “Sumqayıt”ın məşqçisi 10 oyunluq diskvalifikasiya olunub
Futbol
25 Sentyabr , 2018 12:51
AFFA İntizam Komitəsi 3 məşqçini cəzalandırıb
0 : 00
0 : 00

Bakı. 25 sentyabr. REPORT.AZ/ AFFA İntizam Komitəsi 3 məşqçini cəzalandırıb. 

"Report" xəbər verir ki, Azərbaycan Premyer Liqasının V turunda “Zirə” – “Neftçi” matçının 45-ci dəqiqəsində texniki zonadan uzaqlaşdırılan hər iki komandanın baş məşqçiləri Samir Abasov və Roberto Bordinə bir-biriləri ilə sərt mübahisə etdiklərinə görə 1 oyun cəza verilib. Klublar isə 800 manat məbləğində cərimələnib.

Həmçinin Samir Abasova oyundan sonra təşkil olunan mətbuat konfransında 4-cü hakim Ömər Paşayev haqqında kinayə ilə danışdığına görə xəbərdarlıq olunub. Bu hal yenidən baş verəcəyi təqdirdə, "Zirə"nin baş məşqçisinə əlavə cəza tətbiq olunacaq.

“Sumqayıt”ın məşqçisi  Anton Dioçenkoya isə 10 oyunluq cəza verilib. Buna səbəb onun "Keşlə" ilə matçda hakimə qarşı fiziki təsir göstərməsi olub. "Sumqayıt" klubu isə 8000 manat cərimə olunub. 

Qeyd edək ki, V turda "Neftçi" "Zirə"ni, "Sumqayıt" isə "Keşlə"ni 2:1 hesabı ilə məğlub edib. 

Son xəbərlər

Orphus sistemi