AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı və yeri açıqlanıb

AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı və yeri açıqlanıb İclasdan sonra Rövnəq Abdullayev Azərbaycan milli komandası ilə görüşəcək
Futbol
26 Avqust , 2016 11:38
AFFA İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı və yeri açıqlanıb

Bakı. 26 avqust. REPORT.AZ/ AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclasının vaxtı və yeri müəyyənləşib. "Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, toplantı avqustun 29-da Bakının Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Məşq Mərkəzində keçiriləcək. 

Saat 18:00-da başlanacaq iclasdan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev və İK üzvləri Azərbaycan milli komandası ilə görüşəcək, ardınca millinin məşqini izləyəcəklər.

Son xəbərlər

Orphus sistemi