AFFA-da 2020-2021-ci il Lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib

AFFA-da 2020-2021-ci il Lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib AFFA-nın İnzibati binasında Lisenziyalaşdırma qrupunun Premyer Liqa və l Divizionda çıxış edən klub nümayəndələri üçün 2020-21-ci il Lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib.
Futbol
18 Oktyabr , 2019 13:05
AFFA-da 2020-2021-ci il Lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib

AFFA-nın İnzibati binasında Lisenziyalaşdırma qrupunun Premyer Liqa və l Divizionda çıxış edən klub nümayəndələri üçün 2020-21-ci il Lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, iclas iştirakçıları 3 mövzu ətrafında məlumatlandırılıb:  

- Paket sənədlərdə və Lisenziyalaşdırma üzrə qaydalarda baş vermiş dəyişikliklərlə bağlı məlumat;
- Ötən mövsümün icmalı;
- Lisenziyalaşdırma qrupunun mövsüm ərzində planlaşdırılmış tədbirlər haqda məlumatı.

İclasın sonunda Lisenziyalaşdırma qrupunun əməkdaşları klub nümayəndələrinin suallarını cavablandırıb.

Son xəbərlər

Orphus sistemi