Yuxarı

AFFA "Bakı" klubunun məşqçisini 20 oyunluq cəzalandırıb

Muarem Zekir hakimlərə fiziki təsir göstərib

Bakı. 19 mart. REPORT.AZ/ AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. "Report"un məlumatına görə, toplantıda "Bakı" klubu 20 min manat cərimələnib. 

Buna klubun məşqçisi Muarem Zekirin Topaz Premyer Liqasının XXVI turu çərçivəsində "Simurq"la oyunun fasiləsində hakimlər briqadasına fiziki təsir göstərməsi səbəb olub. Nəticədə türkiyəli mütəxəssisin stadionlara 20 oyun girişinə qadağa qoyulub. Klub isə böyük məbləğdə cərimə edilib. 

Qeyd edək ki, "Bakı" - "Simurq" matçı qonaqların qələbəsi ilə yekunlaşıb - 0:3. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi