AFFA Avropa Liqasının finalı ilə bağlı tender elan edib

AFFA Avropa Liqasının finalı ilə bağlı tender elan edib Bakı. 6 fevral. REPORT.AZ/ AFFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununda fəaliyyət göstərəcək könüllülər, stüardlar və digər əməkdaşlar üçün müvafiq geyim dəstlərinin alınması ilə bağlı tender elan edib.
Futbol
6 Fevral , 2019 15:56
AFFA Avropa Liqasının finalı ilə bağlı tender elan edib

Bakı. 6 fevral. REPORT.AZ/ AFFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununda fəaliyyət göstərəcək könüllülər, stüardlar və digər əməkdaşlar üçün müvafiq geyim dəstlərinin alınması ilə bağlı tender elan edib.

“Report” milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, tenderdə iştirak etmək istəyənlər təkliflərini və “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq”ini 20 fevral 2019-cu il, saat 18:00-a qədər [email protected] elektron ünvanına göndərə bilər.

Eyni keyfiyyətdə və eyni qiymətdə olan məhsullarla bağlı təkliflər arasında seçim edilərkən yerli istehsalçıların məhsullarına üstünlük veriləcək.

Qeyd edək ki, final oyunu mayın 29-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi