Yuxarı

AFFA 3 klubu və 2 futbolçunu cəzalandırıb

Çertoqanov 2, Aylton 1 oyunluq diskvalifikasiya olunub

Bakı. 15 sentyabr. REPORT.AZ/ AFFA-nın İntizam Komitəsi Azərbaycan Premyer Liqasında çıxış edən "Sumqayıt", "Neftçi" və "Zirə" klublarını cəzalandırıb. "Reportun məlumatına görə, buna hər 3 klubun futbolçularının IV turun oyunları zamanı davranışları səbəb olub.

"Sumqayıt"ın yarımmüdafiəçisi Aleksandr Çertoqanov "Zirə" ilə ev oyununun 74-cü dəqiqəsində kobud oynayaraq, birbaşa qırmızı vərəqə alıb. İntizam Komitəsi ona 2 oyunluq cəza, klubuna 2000 manat cərimə tətbiq edib. Qonaqlar isə 5 futbolçusunun sarı vərəqə ilə cəzalandırılması üzündən 1000 manat cərimə olunub.

"Neftçi"yə gəldikdə, “Rəvan”la matçın 56-ci dəqiqəsində Aylton Silva ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 200 manat cərimələnib. Futbolçu isə 1 oyunluq diskvalifikasiya edilib.

Qeyd edək ki, "Sumqayıt" növbəti oyunlarını səfərdə "Qəbələ" və evdə AZAL-la keçirəcək. "Neftçi" isə gələn tur "Xəzər Lənkəran"la qarşılaşacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi