Bakı. 6 İyul. REPORT.AZ/ ABŞ-ın qadınlardan ibarət futbol yığması tarixində üçüncü dəfə Kanadada keçirilən Dünya çempionatının qalibi olub.
"Report" xəbər verir ki, amerikalılar Vankuverdə baş tutan final qarşılaşmasında Yaponiya millisi üzərində 5:2 hesabı ilə qələbə qazanıblar.
Qaliblərin heyətində Karli Lloyd (3, 5, 16-cı dəqiqələrdə), Loren Holidey (14) və Tobin Hit (54) fərqləniblər. Rəqib komandadan Yuki Oqima (27) və Culi Conston (52 – avtoqol) adını tabloya yazdırıb.
Amerikalı qadın futbolçular bundan əvvəl 1991 və 1999-cu illərdə dünya birinciliyini əldə edə biliblər.