​ABŞ qadınlar arasında futbol üzrə Dünya çempionatının qalibi olub

​ABŞ qadınlar arasında futbol üzrə Dünya çempionatının qalibi olub Amerikalılar finalda Yaponiyanı 5:2 hesabı ilə yeniblər
Futbol
6 İyul , 2015 06:37
​ABŞ qadınlar arasında futbol üzrə Dünya çempionatının qalibi olub

Bakı. 6 İyul. REPORT.AZ/ ABŞ-ın qadınlardan ibarət futbol yığması tarixində üçüncü dəfə Kanadada keçirilən Dünya çempionatının qalibi olub.

"Report" xəbər verir ki, amerikalılar Vankuverdə baş tutan final qarşılaşmasında Yaponiya millisi üzərində 5:2 hesabı ilə qələbə qazanıblar.

Qaliblərin heyətində Karli Lloyd (3, 5, 16-cı dəqiqələrdə), Loren Holidey (14) və Tobin Hit (54) fərqləniblər. Rəqib komandadan Yuki Oqima (27) və Culi Conston (52 – avtoqol) adını tabloya yazdırıb.

Amerikalı qadın futbolçular bundan əvvəl 1991 və 1999-cu illərdə dünya birinciliyini əldə edə biliblər.

Son xəbərlər

Orphus sistemi