​Abdolbari Gözəl: "Qarabağ"ı artıq bütün dünya tanıyır"

​Abdolbari Gözəl: "Qarabağ"ı artıq bütün dünya tanıyır" "Qarşıda bizi fillərlə döyüş gözləyir"
Futbol
4 İyun , 2015 19:09
​Abdolbari Gözəl: Qarabağı artıq bütün dünya tanıyır

Bakı. 4 iyun. REPORT.AZ/ "Bu uğurları boşuna qazanmamısınız, zəhmət çəkmisiniz". "Report"un məlumatına görə, bunu "Qarabağ" klubunun prezidenti Abdolbari Gözəl deyib.

Həm ölkə çempionatının, həm də kubokun qalibi olması münasibətilə klub bazasında keçirilən tədbirdə çıxış edən komandanın prezidenti bildirib ki, "Qarabağ" artıq Azərbaycan hüdudlarından kənara çıxıb və bütün dünya bu komandanı görür və tanıyır: "Hələ dəvədən böyük fil var. Qarşıda bizi fillərlə döyüş gözləyir. Allah Azərbaycana Heydər Əliyev kimi bir lider verdi. Onun siyasəti Azərbaycanı indiki vəziyyətə gətirib. İndi Azərbaycan Avropanın ümididir. Bakıda keçiriləcək I Avropa Oyunları da bir tarixdir. Burada Azərbaycan öz gücünü Avropaya göstərdi".

A.Gözəl qeyd edib ki, "Qarabağ" adlı bayrağı ona ümummilli lider Heydər Əliyev verib: "Mərhum Heydər Əliyev dedi ki, bir klubu götür və qabağa çək. Bu da mənim üçün şərəfdir. İndi "Qarabağ" var. Heydər Əliyevin mənə verdiyi bayrağı İlham Əliyevin dəstəyi ilə bütün dünyaya daşıdıq. Biz heç vaxt qürurlanmırıq. Çünki bizlər bəndəyik".

Son xəbərlər

Orphus sistemi