Yuxarı

21 yaşadək futbolçular arasında Avropa çempionatının finalçıları müəyyənləşib

Yarımfinalda İsveç Danimarkanı, Portuqaliya İtaliyanı darmadağın edib

Bakı. 28 iyun. REPORT.AZ/ Çexiyada 21 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatının finalçıları müəyyənləşib. "Report"un məlumatına görə, həlledici qarşılaşmada İsveç və Portuqaliya milliləri üz-üzə gələcək.

Yarımfinalda İsveç Danimarkanı 4:1, Portuqaliya isə İtaliyanı 5:0 hesabı ilə darmadağın edib.

Qeyd edək ki, final görüşü iyunun 30-da Praqadakı "Eden" stadionunda təşkil olunacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi