2018-ci il dünya çempionatının mükafat fondu artırılıb

2018-ci il dünya çempionatının mükafat fondu artırılıb DÇ-2014-də bu məbləğ 358 milyon dollar olub
Futbol
27 Oktyabr , 2017 14:43
2018-ci il dünya çempionatının mükafat fondu artırılıb

Bakı. 27 oktyabr. REPORT.AZ/ 2018-ci il dünya çempionatının mükafat fondu 400 milyon dollar olacaq. 

"Report"un məlumatına görə, bu məbləğ FİFA Şurasının Hindistanın Kəlküttə şəhərindəki iclasında təsdiqlənib.

DÇ-2014-də mükafat fondu 358 milyon dollar olub. Mundialın qalibi Almaniya 35 milyon dollar, finalçı Argentina 25 milyon dollar, bürünc mükafatçı Hollandiya isə 22 milyon dollar qazanıb.

Qeyd edək ki, növbəti dünya çempionatı gələn il 14 iyun - 15 iyulda Rusiyanın 11 şəhərində təşkil olunacaq. 

Son xəbərlər

Orphus sistemi