Yuxarı
    Bağlamaq

    2018-ci il dünya çempionatının Avropa üzrə seçmə qrup mərhələsinin IV turuna yekun vurulur

    Son oyun günündə 8 qarşılaşma keçiriləcək

    Bakı. 13 noyabr. REPORT.AZ/ 2018-ci il dünya çempionatının Avropa üzrə seçmə qrup mərhələsinin IV turuna bu gün yekun vurulacaq. "Report"un məlumatına görə, son oyun günündə 8 qarşılaşma keçiriləcək.

    A qupunda 4 xalla 3-cü pillədə qərarlaşan Hollandiya sonuncu yerdəki Luksemburqun qonağı olacaq. Qonaqlar səfər qələbəsi sayəsində İsveçlə xallarını eyniləşdirəcək. Bolqarıstan isə Belarusu qəbul edəcək. Bu komandalardan məğlub olani 5-ci yerdə olacaq. Qrupun digər oyununda isə Fransa İsveçi 2:1 hesabı ilə məğlub edib.

    B qrupunun lideri İsveçrə Farer adalarını sınağa çəkəcək. Meydan sahibləri qələbə qazanacağı təqdirdə ilk pillədə möhkəmlənəcək. Sonuncu Avropa çempionu Portuqaliya evdə Latviya ilə qarşılaşacaq. Digər oyunda isə sonuncu pillədəki Andorra Macarıstanın qonağı olacaq.

    H qrupunun liderləri bu tur evdə meydana çıxacaqlar. Belçika Estoniyanı, Yunanıstan isə Bosniya və Herseqovinanı qonaq edəcək. Aktivində xal olmayan Kipr isə digər xalsız komanda Cəbəllütariqlə münasibətlərinə aydınlıq gətirəcək. Bu oyunu azərbaycanlı FİFA referisi Əliyar Ağayev idarə edəcək. Onun köməkçiləri Rza Məmmədov, Zeynal Zeynalov və Orxan Məmmədov olacaq.

    Dünya çempionatı, seçmə qrup mərhələ, IV tur

    A qrupu
    21:00. Luksemburq - Hollandiya
    21:00. Bolqarıstan - Belarus
    Xal durumu: Fransa - 10. İsveç - 7. Hollandiya - 4. Bolqarıstan - 3. Belarus - 2. Luksemburq - 1.

    B qrupu
    21:00. Macarıstan - Andorra
    21:00. İsveçrə - Farer adaları
    21:45. Portuqaliya - Latviya
    Xal durumu: İsveçrə - 9. Portuqaliya - 6. Macarıstan - 4. Farer adaları - 4. Latviya - 3. Andorra - 0.

    H qrupu
    21:00. Kipr - Cəbəllütariq
    23:45. Yunanıstan - Bosniya və Herseqovina
    23:45. Belçika - Estoniya
    Xal durumu: Belçika - 9. Yunanıstan - 9. Bosniya və Herseqovina - 6. Estoniya - 3. Kipr - 0. Cəbəllütariq - 0.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi