Yuxarı

2018-ci il dünya çempionatının seçmə mərhələsi start götürüb

İlk oyun FİFA-nın yeni üzvü ilə Monqolustan arasında baş tutub

Bakı. 12 mart. REPORT.AZ/ 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsi start götürüb. "Report"un məlumatına görə, ilk görüş Asiya zonasında Bakı vaxtı ilə saat 11:00-da FİFA-nın yeni üzvü Şərqi Timorla Monqolustan yığmaları arasında start götürüb. 

Bu gün ilkin mərhələnin daha 5 görüşü keçiriləcək. Kamboca Makaonu, Şri-Lanka Butanı, Tayvan Bruneyi, Hindistan Nepalı, Yəmən isə Pakistanı qəbul edəcək. Cavab oyunları martın 17-də baş tutacaq. 6 qalib komanda 40 əsas yığma siyahısına düşəcək. Onlar isə hər biri 5 komandadan ibarət 8 qrupa bölünəcək. 

Ümumilikdə DÇ-2018-in seçmə mərhələsində rekord sayda - 209 ölkə təmsil olunacaq. Onlar öz aralarında üst-üstə 900-dək oyun keçirəcəklər.

Qeyd edək ki, DÇ-2018-in final mərhələsi iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində - Moskva, Sankt-Peterburq, Kalininqrad, Volqoqrad, Kazan, Nijni Novqorod, Samara, Saransk, Rostov, Soçi və Yekaterinburqda keçiriləcək. Qarşılaşmalar 12 stadionda oynanılacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi