Zubir "Qarabağ"ın heyətində 70-ci qolunu vurub
Futbol
- 29 sentyabr, 2025
- 10:04
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Abdullah Zubir "Qarabağ"ın heyətində 70-ci qolunu vurub.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının VI turuna təsadüf edib.
O, "Qəbələ" ilə ev matçında (2:0) hesabı açıb. Zubir Ağdam klubunda 70-ci qolunu 322-ci oyununda vurub.
Premyer Liqada 49 dəfə fərqlənən fransalı avrokuboklarda 16, ölkə kubokunda 5 qola sevinib.
Qeyd edək ki, Abdulla Zubir "Qarabağ"da ilk qolunu da "Qəbələ"yə vurub. O, 2018-ci il sentyabrın 23-də keçirilən çempionat matçında (4:1) fərqlənib.
Son xəbərlər
01:59
UEFA Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" səfərdə qələbə qazanıb
Futbol
01:57
UEFA Konfrans Liqası: "Trabzonspor" öz meydanında məğlub olub
Futbol
01:51
Rusiya XİN: Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər
Region
01:18
İsxak Hersoq İsrailin baş naziri postuna namizədin adını açıqlayacaq
Digər ölkələr
01:08
Məkkə sazişinə dair qanun layihəsi TBMM-də təsdiqlənib
Region
00:52
Serbiya RSK parlament seçkilərinin nəticələrini təsdiqləyib
Digər ölkələr
00:10
Zelenski: Ukrayna ABŞ-nin vəd etdiyi 16 milyard dollarlıq yardımı almayıb
Digər ölkələr
00:04
ABŞ Kubaya qarşı sanksiyaları genişləndirib
Digər ölkələr
00:00
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
Fərdi