Zlatko Daliç Azərbaycan millisinin iki futbolçusunu fərqləndirib

Zlatko Daliç Azərbaycan millisinin iki futbolçusunu fərqləndirib “İki çətin və ağır oyunumuzdan birincisi Azərbaycana qarşı olacaq. Bu, laqeyd qoyulası və qiymətləndirilməyəsi rəqib deyil. Ehtiyatlı olmalıyıq. Nikola Yurçeviç milli komandaya bir neçə yeni oyunçu çağırıb. Həmçinin ölkə xaricindən də bir neçə nəfər dəvət edib. Ümumilikdə götürsək, bir-birini tanıyan və daim heyətdə olan futbolçulardır”.
Futbol
18 Mart , 2019 14:40
Zlatko Daliç Azərbaycan millisinin iki futbolçusunu fərqləndirib

“İki çətin və ağır oyunumuzdan birincisi Azərbaycana qarşı olacaq. Bu, laqeyd qoyulası və qiymətləndirilməyəsi rəqib deyil. Ehtiyatlı olmalıyıq. Nikola Yurçeviç milli komandaya bir neçə yeni oyunçu çağırıb. Həmçinin ölkə xaricindən də bir neçə nəfər dəvət edib. Ümumilikdə götürsək, bir-birini tanıyan və daim heyətdə olan futbolçulardır”.

“Report” xəbər verir ki, bunu Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç AVRO-2020-nin seçmə mərhələsinin I turunda evdə Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun haqda danışarkən söyləyib.

53 yaşlı mütəxəssis rəqibin heyətində iki futbolçunu fərqləndirib: “Onların braziliyalı Riçard Almeydası var. İşinə çoxunu bu futbolçu görür. Dərinliklərə atılan topların qarşısını almalıyıq. Azərbaycan millisinin hücum xəttində Rusiya Premyer Liqasında çıxış edən futbolçu var (Ramil Şeydayevi nəzərdə tutur – red.). Ona qeyri-ciddi yanaşa bilmərik. Təsnifat mərhələlərində həmişə zədələrimiz olub. Bu dəfə də öhdəsindən gəlməliyik. İşə peşəkar yanaşmasaq, problemlə üzləşə bilərik”.

Qeyd edək ki, Xorvatiya - Azərbaycan qarşılaşması martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. 

Son xəbərlər

Orphus sistemi